“Seroloji testlərdə könüllü olaraq iştirak etmək istəyən vətəndaşlarımızın sayı artmaqdadır”. Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, UNESCO bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri, professor Vüqar Məmmədov Sputnik Azərbaycan-a deyir ki, ölkəmizdə seroloji testlərin keçirilməsi əhəmiyyətlidir:
“Xüsusən də testlərin insanların razılığı əsasında keçirilməsi vacibdir. İnsanlarda xəstəliyə qarşı daxili müqavimət, immunitet yaranırsa, gələcəkdə xəstəliyə yenidən yoluxma hallarını müəyyənləşdirmək olar. Bu testlər vasitəsilə xəstəliyin mənzərəsi öyrənilir”.
Vüqar Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz