BAKI, 4 sentyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 5110 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 121 nəfər ölüb.
Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 1015105-ə çatıb. Rusiyada pandemiya yayılandan 17649 nəfər COVID-19-dan vəfat edib. Ümumilikdə ölkədə bu virusdan sağalanların sayı 832747-yə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 26,3 milyonu keçib, 868 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.