CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İctimai yerlərdə 10 nəfərədək toplaşmağa icazə verilir

Bu, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına edilən dəyişiklikdə əksini tapıb.
Sputnik

BAKI, 4 sentyabr — Sputnik. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

Bu, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına edilən dəyişiklikdə əksini tapıb.

Bundan əvvəl insanların 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmişdi.

Qərar 8 sentyabr 2020-ci ildən qüvvəyə minir.