ELM

Alimlər Ay səthində ağıllarına gəlməyəcək maddə tapdılar

Hindistanın "Çandrayan-1" kosmik zondu Ayda hematit-mineral yığıntısı aşkar edib ki, o da yalnız oksigenin və suyun iştirakı ilə əmələ gəlir
Sputnik

BAKI, 4 sentyabr — Sputnik. Hindistanın "Çandrayan-1" kosmik zondu Ayda hematit-mineral yığıntısı aşkar edib. Həmin mineral yalnız oksigenin və suyun iştirakı ilə əmələ gəlir. "Science Advances" jurnalında dərc olunan məqalədə alimlər Yerin peykinin səthində mineral pasına oxşayan bu yığıntının görünməsinin mümkün variantlarını nəzərdən keçirirlər.

İlon Mask və Tom Kruz kosmosda dünyanın ilk döyüş filmini çəkməyə qərar verdilər

2008-ci ildə Moon Mineralogy Mapper spektrometri (M3) "Çandrayan-1"-in köməyilə Ayın qütb bölgələrində buz şəklində su tapıb.

İndi isə ABŞ-ın Reaktiv Hərəkət Laboratoriyasının amerikalı tədqiqatçıları NASA tərəfindən hazırlanmış eyni cihazda dəmir oksidinə uyğun olan hematit (Fe2O3) spektral xətlərini görüblər.

Hematit Yer, Mars və bəzi asteroidlərdə yayılmış dəmir dağ süxurlarını ehtiva edən adi bir oksidləşmə məhsuludur. Dəmirin "paslı" oksidləri Qırmızı planetə çalar verir. Ancaq ideya üzrə oksigen və maye şəklində suyun olmadığı Ayda hematit də olmamalıdır.

Bundan başqa, Ayın səthi tərkibində hidrogen - güclü bərpaçı olan Günəş küləyinin hissəcikləri tərəfindən daim bombalanmaya məruz qalır. Hematitin formalaşması üçün isə oksidləşdirici mühit lazımdır. Yeri Günəş küləyindən maqnit sahəsi qoruyur, Ayda isə o yoxdur.

"Əvvəlcə mən buna qətiyyən inanmadım. Şərtlərə əsasən, hematit Ayda formalaşmamalıdır. Lakin Ayda su tapdığımız vaxtdan ehtimal edirdik ki, bu su ay süxurları ilə reaksiyaya girdiyi təqdirdə daha çox müxtəlif mineralların mövcud olması mümkündür", - deyə məqalənin müəlliflərindən biri olan Ebiqeyl Freman (Abigail Fraeman) Reaktiv Hərəkət Laboratoriyasının press-relizindəki şərhində bildirib.

M3 spektrləri göstərir ki, Ayın qütbləri onun qalan hissəsindən tamamilə fərqli tərkibə malikdir. Alimlər hesab edirlər ki, su dağ süxurları ilə qarşılıqlı əlaqədə olur, vaxtı ilə Yerə çatdırılmış Ay qruntunun sınaqları zamanı aşkarlanmayan çoxlu minerallar yaradır.

Məqalədə müəlliflər dəmir pasının Ay mühitində necə meydana gələ biləcəyini izah edən bir model təsvir edirlər. Tədqiqatçıların fikrincə, oksigenin mənbəyi Yerin atmosferi idi. 2007-ci ildə Yaponiyanın süni Ay peyki olan "Kaquya" aşkar etdi ki, Yer atmosferinin yuxarı təbəqələrindən oksigen "maqnitosferin arxa quyruğunda" Aya səyahət edə bilər.

Ayın yaşı nə qədərdir - Yeni məlumatlar var

Bunu Ayın Yerə yaxın tərəfində daha çox hematit miqdarını göstərən M3-ün məlumatları da təsdiqləyir. Bundan əlavə, məqalədə müəlliflərin yazdıqları kimi, Ay zamanla tədricən Yerdən uzaqlaşır. Hələ bir neçə milyard il əvvəl, iki planet bir-birinə daha yaxın olduğu vaxtlarda Ay səthinə daha çox oksigen çatırdı.

Alimlərin fikrincə, Yerin eyni maqnitosferi onu günəş küləyindən də qismən qoruyur. Hesablamalar göstərir ki, Ayın müəyyən orbital dövrlərində Yerin maqnit sahəsi günəşin ionlaşdırıcı şüalarının 99 faizinə qədər bloklanır.

Su qalır. Müəlliflər etiraf edirlər ki, "hematit tapmacaları"nın izahı üçün qütblərdəki su buzları kifayət deyil. Çünki bu dəmir oksidi buz yığınlarından kənarda da aşkar edilib. Buna görə də alimlər başqa bir variantı da istisna etmirlər. O, Ayın səthinə yerləşdirilən kosmik tozdur.

O özündə su molekullarını daşıya, həmçinin qarşılıqlı təsirlərdə ay süxurlarından sərbəst şəkildə azad olmağa qadir ola bilər. Bundan əlavə, bu zərbələrin təsiri nəticəsində yaranan istilik oksidləşmənin sürətini artırır.