Dollar əksər səbət valyutalara nisbətən dəyər itirməkdədir. Avro da ABŞ dollarına nisbətən möhkəmlənməkdədir. Avropanın vahid valyutası dollar ilə müqayisədə son 2 ildə ən yüksək kurs ilə dəyişdirilir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur SadıqovSputnik Azərbaycan-a deyir ki, ABŞ dollarının dəyər itirməsi onun dünya valyuta sistemindən çıxması anlamına gəlməməlidir:
“Tarix göstərir ki, hər hansı ölkənin iqtisadiyyatı tərəddüdlərlə qarşılaşanda milli valyuta stabilliyini itirməyə başlayır. ABŞ dollarının avro qarşısında zəifləməsi də müvəqqəti prosesdir. Dolların dəyər itirməsi ABŞ iqtisadiyyatındakı müəyyən gərginliklərlə, o cümlədən pandemiya ilə əlaqədar iqtisadi əlaqələrin zəifləməsi ilə bağlıdır. ABŞ valyutası bundan sonra da stabilliyini qorumağı bacaracaq”.
Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz