CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur türk aktyoru vəfat edib

Mərhum Birol Ünel türk əsilli alman rejissor Fatih Akının "Divara qarşı" filmindəki rolu ilə məşhurlaşıb.
Sputnik

BAKI, 4 sentyabr — Sputnik. Türk aktyor Birol Ünel vəfat edib. Sputnik Azərbaycan-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 59 yaşlı aktyor xərçəng xəstəliyindən əziyyət çəkib. Uzun müddət alkoqol asılılığından müalicə alan aktyorun avqust ayının 18-də - doğum günündə halı pisləşib.

Qeyd edək ki, Almaniyada bir çox teatr və kinolarında rol alan B.Ünel türk əsilli alman rejissor Fatih Akının "Divara qarşı" filmindəki rolu ilə məşhurlaşıb. "Valerie", "Oğru var", "Qəlbin zamanı","Tatort" və s. filmlərində rol alan aktyor uzun illər Almaniyada "Berlin" teatrında da çalışıb.