SƏHİYYƏ

TƏBİB: Hazırda reanimasiyada 135 xəstə var

İndiyədək ölkədə ümumilikdə 37 031 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 419 nəfər müalicə olunaraq sağalıb, 543 nəfər vəfat edib, aktiv xəstə sayı 2 069 nəfərdir.
Sputnik

BAKI, 4 sentyabr — Sputnik. Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 2 069-dur.

TƏBİB-dən verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 135, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 16-dır.

Qeyd edək ki, Azərbaycanda  koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37 031 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 419 nəfər müalicə olunaraq sağalıb, 543 nəfər vəfat edib, aktiv xəstə sayı 2 069 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 048, ötən müddət ərzində isə ümumilikdə 949 313 test aparılıb.