MƏDƏNİYYƏT

“Xaç atası”nı yeniləyirlər

Yeni “Xaç atası – 3” filmi dekabrda məhdud prokata çıxacaq, sonra isə rəqəmsal platformalarda yayımlanacaq.
Sputnik

BAKI, 4 sentyabr — Sputnik. Rejissor Frensis Ford Koppola “Xaç atası - 3” filminin yeni versiyasını çəkməyi qərara alıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə The Film Stage yazır.

Koppola deyib ki, film üçün yeni başlanğıc və son fikirləşib, eləcə də bəzi səhnələrin, kadr və musiqili replikaların yerini dəyişib.

Rejissorun sözlərinə görə, yeni versiya onun müəllif fikrinə daha yaxın olacaq.

​Yeni “Xaç atası – 3” dekabrda məhdud prokata çıxacaq, sonra isə rəqəmsal platformalarda yayımlanacaq.