CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu universitetin tələbələrinə aylıq yemək və geyim xərci veriləcək

Qərarla İlahiyyat İnstitutunda bir təhsilalana verilən aylıq yemək xərci 60 manat məbləğində təsdiq edilib.
Sputnik

BAKI, 4 sentyabr — Sputnik. Baş Nazir Əli Əsədov Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların aylıq yemək xərcinin məbləğinin və xüsusi geyim forması ilə təmin olunması normalarının təsdiq edilməsi haqqında qərar imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, qərarla İlahiyyat İnstitutunda bir təhsilalana verilən aylıq yemək xərci 60 manat məbləğində təsdiq edilib. Qərarla aylıq yemək xərci bakalavriat səviyyəsində təhsilalanlara 4 ildən, magistratura səviyyəsində təhsilalanlara 2 ildən, doktorantura səviyyəsində təhsilalanlara isə 3 ildən çox olmayan müddət üzrə ödəniləcək.