Ermənistan və Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

Bir gündə bu virusa yoluxanların sayı daha 196 nəfər artıb. Bir gündə bu virusa yoluxanların sayı daha 196 nəfər artıb.
Sputnik

BAKI, 3 sentyabr — Sputnik. Son bir sutka ərzində Gürcüstanda koronavirusa yeni 20 yoluxma faktı qeydə alınıb. Sputnik Gürcüstan xəbər verir ki, ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 1568-ə çatıb.

Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 17 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 1279-a çatıb, 19 nəfər isə ölüb.

Ermənistanda koronavirusa yoluxanların sayı 44 271-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 196 nəfər artıb.

Ermənistanda son gündə daha 3 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 887-yə çatıb. Xəstəlikdən sağalanların sayı 38855 olub. Hazırda bu ölkədə 4258 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 26 milyonu keçib, 863 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.