RUSİYA

On minlərlə insan necə peyvənd ediləcək: Detallar açıqlandı

Rusiyanın koronavirusa qarşı "Sputnik V" peyvəndinin qeydiyyatdan sonrakı sınaqlarında iştirak edən hər dörd könüllüdən biri onun əvəzinə plasebo alacaq.
Sputnik

BAKI, 3 sentyabr — Sputnik. Rusiyanın koronavirusa qarşı "Sputnik V" peyvəndinin qeydiyyatdan sonrakı sınaqlarında iştirak edən hər dörd könüllüdən biri onun əvəzinə plasebo alacaq.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu detalı Qamaleya Mərkəzinin rəhbəri Aleksandr Ginsburq açıqlayıb.

"10 min nəfər plasebo alacaq və 30 min nəfər isə vaksin alacaq - 25 faizə qarşı 75 faiz. Bu, epidemioloji effektivliyi (peyvəndi) müqayisə etmək üçün həyata keçirilir", - deyə o, on minlərlə rusun qarşıdakı peyvəndlənməsini şərh edərkən bildirib.

COVID-19-a qarşı peyvənd ölkəyə nə vaxt gətiriləcək? - Prezidentdən açıqlama

Daha əvvəl Ginsburq, preparatın klinik sınaqlarının qeydiyyatdan sonrakı mərhələsinin bu həftə başlayacağını, 40 min nəfərin iştirak edəcəyini bildirmişdi. Mərkəzin başçısının sözlərinə görə, onların arasında 60 yaşdan yuxarı könüllülər olacaq. Gintsburg, araşdırmaların müsbət nəticə göstərəcəyinə ümid etdiyini deyib və əlavə edib ki, peyvəndi pensiyaçılara tətbiq etmək mümkün olacaq.

Rusiyanın Qamaleya Mərkəzində hazırlanmış və "Sputnik V" adını almış "COVID-19"a qarşı vaksini avqustun əvvəlində qeydiyyatdan keçib. İlk növbədə risk qrupunda olan vətəndaşlar - həkimlər və müəllimlər peyvənd ediləcəklər. Moskvada peyvənd sentyabrın 5-də başlayacaq.