MDB-nin müdafiə nazirləri Moskvada toplaşırlar

Həsənov Müdafiə nazirlərinin sentyabrın 4-də keçiriləcək görüşündə iştirak etmək üçün sabah Moskva şəhərinə yola düşəcək.
Sputnik

BAKI, 2 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv-dövlətləri Müdafiə nazirlərinin sentyabrın 4-də keçiriləcək görüşündə iştirak etmək üçün sabah Moskva şəhərinə yola düşəcək.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, səfər sentyabrın 6-dək davam edəcək.