RUSİYA

Rusiyanın tanınmış cütlüyü əkizlərini məktəbə yola salıb

Tədbirə qara dəri pencək, ağ mini yubka və ağ idman ayaqqabısı ilə çıxan müğənni Alla Puqaçovanın geyimi müzakirələrə səbəb olub
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 2 sentyabr — Sputnik. Komediya aktyoru Maksim Qalkin "Instagram" səhifəsində həyat yoldaşı Alla Puqaçovanın məktəbdəki təntənəli məclisdə necə kədərləndiyini göstərən bir video yayımlayıb. Sputnik Azərbaycan xəbər verir ki, əkizlər Lisa və Harri valideynləri və sevdiklərinin müşayiəti ilə sentyabrın 1-də məktəbə gedib.

Maksim Qalkin özü videoya belə imza atıb: "Budur 1 sentyabr! Hazırlaşdınız, narahat oldunuz, geyinib getdiniz. Ana, ata, xala, əmi və əmiuşağı, dayələr və dostlar yola saldılar".

Tədbirə qara dəri pencək, ağ mini yubka və ağ idman ayaqqabısı ilə çıxan müğənni Alla Puqaçovanın geyimi müzakirələrə səbəb olub. İnsanların əksəriyyəti onun geyimini müsbət qarşılasa da, digər qismi isə onu tənqid edib.

View this post on Instagram

A post shared by Максим Галкин (@maxgalkinru) on

Maksim Qalkin həyat yoldaşını və uşaqlarını videokamera ilə lentə alıb. Videonun sonundakı kadrlarda da Alla Borisovnanın necə göz yaşlarını tuta bilmədiyi və göz yaşlarına boğulduğu görünür.

Xatırladaq ki, məşhur cütlük 3 il əvvəl ailə həyatı qurub.