RUSİYA

Rusiyanın Müdafiə naziri əsas düşmənin adını açıqladı

Nazirin sözlərinə görə, insanların böyük əksəriyyəti qurğulara görə "qısa və təfərrüatsız" həyat yaşayır və bu qurğular onların real həyatını dəyişir.
Sputnik

BAKI, 2 sentyabr — Sputnik. Rusiya Müdafiə naziri Sergey Şoyqu telefonu əksər insanların düşməni adlandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri "RİA Novosti" və "Komsomolskaya Pravda" nəşrlərinə müsahibəsində bildirib.

"Bizim əsas düşmənimiz – bax odur", - deyə Şoyqu stolun üzərində olan smartfonu göstərək bildirib.

Nazirin sözlərinə görə, insanların böyük əksəriyyəti qurğulara görə "qısa və təfərrüatsız" həyat yaşayır və bu qurğular onların real həyatını dəyişir.

"Bu qurğular və əksər hallarda xeyli miqdarda lazımsız informasiya axını hesabına bizə elə gəlir ki, biz zəngin, dinamik həyat yaşayırıq. Əslində isə yox – biz ani informasiya müharibəsində yaşayırıq", - deyə Rusiya Müdafiə naziri qeyd edib.

Şoyqu rusiyalıları artıq informasiyadan imtina etməyə və ölkəni öz gözləri ilə görməyə çağırıb.