CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu yolda yerüstü piyada keçidi inşa edilib

Keçid 3 dayaqlıdır. Orta hissə uzunluğu 52 metr, eni 4,5 metr olan tor şəkilli metal konstruksiyadan ibarətdir
Sputnik

BAKI, 2 sentyabr — Sputnik. Mərdəkan-Buzovna-Bilgəh avtomobil yolunda avtonəqliyyatın intensiv hərəkətini və yol boyu yaşayan sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq onların təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən yolda yerüstü piyada keçidi inşa edilib. Bu barədə Sputnik Azərbaycan-a verilən məlumata görə,  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. 

Bu yolda yerüstü piyada keçidi inşa edilib

Məlumata görə, Agentliyin mütəxəssisləri yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə əraziyə baxış keçirilib, ən optimal sahə seçilərək yerüstü piyada keçidinin tikintisi həyata keçirilib. Piyada keçidinin ümumi uzunluğu panduslarla birlikdə 180 metr təşkil edir. Keçiddə yaşlı adamların, fiziki məhdudiyyətli insanların, uşaq arabalı valideynlərin rahat hərəkətini təmin etmək üçün müasir, beynəlxalq standartlara uyğun, 80 maillikli piyada pandusları quraşdırılıb. Keçid 3 dayaqlıdır. Orta hissə uzunluğu 52 metr, eni 4,5 metr olan tor şəkilli metal konstruksiyadan ibarətdir. Müasir işıqlandırma sistemi qurulub. Keçiddə həmçinin daimi qulluq edəcək personal üçün xidməti otaqlar inşa edilib. Qeyd edək ki, sözügedən piyada keçidi Bakı şəhərində cari nildə inşa olunan sayca 4-cüsüdür. Bundan öncə Heydər Əliyev prospektində yeraltı, Moskva prospekti və Neapol küçəsində isə yerüstü piyada kieçidləri inşa edilib.

Bu yolda yerüstü piyada keçidi inşa edilib