BAKI, 1 sentyabr — Sputnik. Şəkidə it 10 yaşlı uşağa çoxsaylı xəsarət yetirib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Şəki şəhər sakini, 2010-cu il təvəllüdlü Taleh İbrahimxəlil oğlu Mustafayev bədəninin çoxsaylı it dişləməsi və cırılmış yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı məlum olub ki, T.Mustafayevə şəhər ərazisində it hücum edərək ona xəsarət yetirib. T.Mustafayevə lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulub.
T.Mustafayevin müalicəsi xəstəxanada davam etdirilir.