Ermənistanda koronavirusa yoluxanların sayı 44 minə yaxınlaşır

Qonşu Gürcüstanda son 24 saat ərzində virusa yoluxmuş 10 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 1243-ə çatıb
Sputnik

BAKI, 1 sentyabr — Sputnik. Son bir sutka ərzində Gürcüstanda koronavirusa yeni 23 yoluxma faktı qeydə alınıb. Sputnik Gürcüstan xəbər verir ki, ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 1510-a çatıb.

Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 10 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 1243-ə çatıb, 19 nəfər isə ölüb.

Ermənistanda koronavirusa yoluxanların sayı 43878-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 97 nəfər artıb.

Ermənistanda son gündə daha 2 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 881-ə çatıb. Xəstəlikdən sağalanların sayı 38356 olub. Hazırda bu ölkədə 4373 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 25 milyonu keçib, 850 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.