FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Maskalı, yuxulu, amma əzmli: onlar bu gün məktəbə getdilər

Sputnik

Dünyanın bir sıra ölkələrində sentyabrın biri Bilik Günüdür. Koronavirus pandemiyasına rəğmən, Fransa, Çin, Rusiya və digər ölkələrdə bu gündən məktəblərdə dərs ili başlayıb. 

Uşaqlar məktəbə maskalarda gəlir, dezinfeksiyaedici məhlullarla əllərini virusdan təmizləyirlər. 

Qeyd edək ki, Azərbaycanda da 2004-cü ilədək Bilik Günü sentyabrın 1-də qeyd olunurdu. Lakin həmin il ölkə prezidentinin fərmanı ilə dərslər sentyabrın 15-də başlandığından Bilik Gününün də vaxtı həmin günə dəyişdirildi.

Bu il də ölkəmizdə tədris sentyabrın 15-dən, amma yeni qaydalarla başlanacaq.

Sputnik Azərbaycan dünyanın müxtəlif ölkələrində dərs ilinin necə başlandığını əks etdirən fotoları təqdim edir. 

1 / 10
Çində ilk dərs günü
2 / 10
Fransada ilk dərs günü
3 / 10
Rusiyada ilk dərs günü
4 / 10
Brüseldə ilk dərs günü
5 / 10
İsraildə ilk dərs günü
6 / 10
Fransada ilk dərs günü
7 / 10
Fransada ilk dərs günü
8 / 10
İordaniyada ilk dərs günü
9 / 10
Uhanda ilk dərs günü
10 / 10
İsraildə ilk dərs günü