RUSİYA

"Distant təhsil metodu real, ənənəvi təhsili əvəzləyə bilməz"

"Məqsədəuyğun deyil və ehtiyac yoxdur, təkrar edirəm. Belə bir plan sadəcə yoxdur" - Rusiya Prezidenti
Sputnik

BAKI, 1 sentyabr — Sputnik. Rusiya tamamilə distant təhsilə keçidi planlaşdırmır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin videokonfrans rejimində Ümumrusiya açıq dərsdə çıxışı zamanı bildirib.

"Distant təhsil metodu real, ənənəvi təhsili əvəzləyə bilməz, o, yalnız ənənəvi təhsil almaq metodunu tamamlaya bilər. Ona görə də bizim ölkəmizdə heç kim tam distant təhsilə keçməyi planlaşdırmır. Məqsədəuyğun deyil və ehtiyac yoxdur, təkrar edirəm. Belə bir plan sadəcə yoxdur".