BAKI, 1 sentyabr — Sputnik. “BakıKart”ın onlayn şəkildə yüklənməsi istiqamətində işlər aparılır. Sputnik Azərbaycan-ın məlumatına bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib. M.Ağayev qeyd edib ki, hazırda əsas məsələ daha çox avtobusun “BakıKart”a inteqrasiya olunmasını təmin etməkdir: "Sonrakı mərhələdə kartların balansını onlayn artırmaq mümkün olacaq. Sadəcə pandemiya səbəbindən bu məsələlər gecikir”.