MƏDƏNİYYƏT

Məşhur aktyor serial çəkilişləri zamanı vəfat edib

"Kurtlar vadisi" serialındakı "Tombalacı Mehmet" obrazı ilə də məşhur olan aktyor 50-dən artıq film və seriallarda rol alıb
Sputnik

BAKI, 1 sentyabr — Sputnik. Türkiyəli aktyor Haldun Boysan vəfat edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Maria ile Mustafa" serialının çəkilişləri ilə əlaqədar Nevşehir vilayətində olan Haldun Boysan qaldığı oteldə infarktdan vəfat edib.

​O, 1958-ci ildə Ankarada anadan olub. "Kurtlar vadisi" serialındakı "Tombalacı Mehmet" obrazı ilə də məşhur olan aktyor 50-dən artıq film və seriallarda rol alıb. Əsasən mənfi xarakterli obrazları canlandıran Boysan "Hürrem Sultan", "Cennet mahellesi", "Karaoğlan", "Ulan İstanbul", "Gen", "Silahların Gölgesinde", "Hayat Türküsü" və s. film və seriallara çəkilib.