MƏDƏNİYYƏT

Hollivud aktyoruna azərbaycanlı rəssamdan ithaf

Avqustun 29-da dünyasını dəyişən Çedvik Bouzmanın baş rol ifaçısı olduğu "Qara pantera" 3 kateqoriyada "Oskar" mükafatı qazanıb
Sputnik

BAKI, 1 sentyabr — Sputnik. Azərbaycanlı rəssam Kənan Şeyxzamanlı yeni əsərini məşhur aktyor Çedvik Bouzmana həsr edib. Qeyd edək ki, Şeyxzamanlı rəsmi Bouzmanın "Qara Pantera" obrazından ilhamlanaraq yaradıb. Bundan başqa, əvvəllər sənətçi ingilis müğənni, bəstəkar və model Dua Lipanın portretini yaratmışdı. Kənan Şeyxamanlı həm də məşhur Azərbaycan filmləri "Təhminə" və "Qaynana" filmlərinin illüstrasiyalarını hazırlayıb. Onun qeyd olunan əsəri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Xatırladaq ki, Bouzmana 2016-cı ildə xərçəng diaqnozu qoyulmuşdu. Avqustun 29-da dünyasını dəyişən Çedvik Bouzmanın baş rol ifaçısı olduğu "Qara pantera" 3 kateqoriyada "Oskar" mükafatı qazanıb.