RUSİYA

İlham Əliyev milyarder həmyerlimizi təbrik etdi

Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Vahid Yusifoviç Ələkbərovu "Dostluq" ordeni ilə təltif edib.
Sputnik

BAKI, 31 avqust — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev "LUKOYL" neft şirkətinin prezidenti Vahid Ələkbərova təbrik məktubu göndərib.

Sputnik Azərbaycan prezidentin saytına istinadla xəbər verir ki, İlham Əliyev "LUKOYL" prezidentini 70 illik yubileyi münasibətilə təbrik edib.

"Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Sizin peşəkarlığınız və təşkilatçılıq istedadınız sayəsində bu gün "LUKOYL" dünyada ən iri neft-qaz şirkətlərindən biridir. "LUKOYL" şirkətinin bizim ölkəmizdə çoxillik səmərəli fəaliyyəti Azərbaycan-Rusiya qarşılıqlı iqtisadi əlaqələrinin genişlənməsinə mühüm töhfə verir, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə şərait yaradır. Sizə uzun ömür, möhkəm cansağlığı, firavanlıq və yeni uğurlar arzu edirəm", - prezidentin Vahid Ələkbərova ünvanladığı məktubda deyilir.

Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Vahid Yusifoviç Ələkbərovu "Dostluq" ordeni ilə təltif edib.

https://president.az/articles/40659