RUSİYA

Təhlükəsizlik Xidməti İŞİD-i maliyyələşdirən 6 nəfəri saxlayıb

Rusiya İstintaq Komitəsinin məlumatına görə, saxlanılan şəxslər 2016-cı ildən 2017-ci ilin iyununa qədər terrorçuların maliyyələşdirilməsi ilə məşğul olublar.
Sputnik

BAKI, 31 avqust — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvadan Krasnoyarska qədər olan ərazidə altı nəfəri saxlayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, həmin şəxslər İŞİD yaraqlıları üçün vəsait toplayırmış.

Məlumata əsasən cinayətkar qrupun üzvləri Moskva, Moskva vilayəti, Dağıstan Respublikası, Krasnoyarsk diyarı və Xantı-Mansiysk muxtar vilayətində vəsait toplayıb və İŞİD-ə göndəriblər.

Saxlanılan şəxslərdən "kommunikasiya vasitələri" və ödəniş alətləri müsadirə olunub.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, saxlanılan şəxslər 2016-cı ildən 2017-ci ilin iyununa qədər terrorçuların maliyyələşdirilməsi ilə məşğul olublar. Onlar ən azı yarım milyon rubl (11 458 AZN) vəsait toplayıblar.

Faktla bağlı araşdırmalar davam edir.