CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin deputatları tətildən qayıtdı

Daxili Nizamnaməyə əsasən, Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da başlayacaq və dekabrın 30-dək davam edəcək.
Sputnik

BAKI, 31 avqust — Sputnik. Milli Məclis deputatlarının məzuniyyəti başa çatıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə-iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.

Sentyabrın 15-dən etibarən parlamentin komitələrinin iclasları keçiriləcək.

Daxili Nizamnaməyə əsasən, Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da başlayacaq və dekabrın 30-dək davam edəcək.