Konqresmenlərdən bağışlanmaz addım: kəşfiyyatçılardan eşitdiklərini mətbuata ötürdülər

Amerikanın Milli Kəşfiyyat İdarəsi konqresmenlər üçün nəzərdə tutulan xüsusi brifinqləri dayandırıb. Məlum olub ki, konqresmenlər ağızlarında söz saxlaya bilmirlər
Sputnik

BAKI, 31 avqust — Sputnik. ABŞ Milli Kəşfiyyatının direktoru Con RetkliffFox News telekanalının efirində deyib ki, Çindən gələn təhlükə Rusiya ilə müqayisədə daha ciddidir.

Retkliffdən Konqresin profil komitələri üçün nəzərdə tutulan, qarşıdakı prezident seçkisində təhlükəsizliyin təminatı ilə bağlı şifahi brifinqlərin kəsilməsini şərh etməsini istəyiblər. 

Retkliff cavabında deyib ki, bir bu cür brifinqdən sonra bir neçə konqresmen KİV-ə məxfi məlumat ötürüb ki, “Rusiyanın milli təhlükəsizliyə Çindən daha çox təhdid törətməsi obrazı yaransın”.

“Mən Rusiyanı aşağılamaq istəmirəm. O, bizim milli təhlükəsizliyimiz üçün ciddi təhdiddir, anca Çindən gələn təhlükə daha böyükdür”, - Kəşfiyyat İdarəsinin başçısı deyib.

Bundan öncə Prezident Donald Tramp da birifinqlərin dayandırılmasını konqresmenlərin aldıqları məlumatları mətbuata ötürmələri ilə əlaqələndirmişdi.