Azərbaycanda koronavirusa yoluxmada yaş və cins göstəriciləri açıqlandı

Son məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb.
Sputnik

BAKI, 31 avqust — Sputnik. Azərbaycanda COVID-19-a yoluxanlar arasında yenə də qadınlar üstünlük təşkil edir. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, yoluxanlardan 0-9 yaş arasında olanlar 5 faiz, 10-19 yaş arasında olanlar 6 faiz, 20-29 yaş arasında olanlar 14 faiz, 30-39 yaş arasında olanlar 18 faiz, 40-49 yaş arasında olanlar 15 faiz, 50-59 yaş arasında olanlar 21 faiz, 60-69 yaş arasında olanlar 16 faiz, 70-79 yaş arasında olanlar 4 faiz, 80 yaş və daha yuxarı yaşda olanlar 2 faiz təşkil edir.

Qeyd edək ki, son məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.