İQTİSADİYYAT

Avropa İttifaqından ABŞ-a böyük zərbə, vəziyyət Rusiyanın xeyrinə dəyişdi

Öz mətninə görə etiraz notası Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin iyulun 17-də səsləndirdiyi bəyanatı təkrarlayır.
Sputnik

BAKI, 31 avqust — Sputnik. Avropa İttifaqının 24 ölkəsinin nümayəndələri rəsmi Vaşinqtonun "Şimal Axını-2" boru kəmərinə yeni sanksiyalar tətbiq etmək planları ilə bağlı Birləşmiş Ştatlara etiraz ediblər. Bu barədə Sputnik Azərbaycan Almaniyanın "Welt" nəşrinə istinadən xəbər verir.

Məlumata əsasən avropalılar Dövlət Departamentinə videokonfrans zamanı "etiraz notası" təqdim ediblər. Lakin notanın hansı səviyyədə təqdim edildiyi bildirilmir. Nəşr hansı ölkələrin ABŞ-a qarşı demarş etdiyini açıqlamayıb.

"Biz təsdiqləyə bilərik ki, avqustun 12-si Avropa İttifaqının nümayəndələri ilə ABŞ Xarici Siyasət İdarəsinin görüşü zamanı ABŞ-ın sanksiya siyasəti ilə bağlı (videokonfransda) demarş baş tutub. Videkonfrans formatında baş tutan demarşda İttifaqa üzv 24 ölkə iştirak edib.

Öz mətninə görə etiraz notası Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin iyulun 17-də səsləndirdiyi bəyanatı təkrarlayır. Belə ki, həmin vaxt Borrel bildirmişdi ki, Avropa İttifaqı ABŞ tərəfindən "Şimal axını-2" və "Türk axını" layihələri də daxil olmaqla Avropa şirkətlərinə qarşı sanksiyalar və ya onların tətbiq olunması təhdidlərinin artmasına görə dərindən narahatdır.

Xatırladaq ki, rəsmi Vaşinqton "Şimal axını-2" qaz boru kəmərinə qarşı yeni maneələr törədəcəyi təqdirdə Almaniya ABŞ-a qarşı sanksiyalar hazırlayacağını bildirmişdi. 1220 kilometr uzunluğundakı "Şimal axını-2" qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi "Qazprom" bəyan edib ki, "Şimal axını-2" layihəsi 2020-ci ilin sonunadək başa çatdırılacaq.