CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pərviz Bülbülə ilə Rəşad Dağlı da cərimələndilər

Rayon Polis İdarəsinə dəvət olunan meyxanaçılar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilərək 200 manat məbləğində cərimə olunublar
Sputnik

BAKI, 30 avqust — Sputnik. Dəfn mərasimində iştirak edən daha iki məşhur meyxanaçı cərimə edilib.

Daxil iİşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat etmiş meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin kütləvi surətdə pozulması halı qeydə alınıb.

Pərviz Bülbülə ilə Rəşad Dağlı da cərimələndilər

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə sosial şəbəkələrdə və KİV-lərdə həmin mərasimdən yayımlanan görüntülərdə daha 2 nəfər - Pərviz Məmmədov (Bülbülə) Rəşad Əmirov (Dağlı) müəyyən ediliblər. Rayon Polis İdarəsinə dəvət olunan həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilərək 200 manat məbləğində cərimə olunublar.

Qeyd edək ki, bu gün eyni səbəbdən meyxanaçılar Elşən Xəzər Orxan Lökbatanlı da məsuliyyətə cəlb olunublar.