BAKI, 30 avqust — Sputnik. Rusiyanın 1994-cü il noyabrın 4-də fəzaya buraxdığı köhnə peykindən xeyli parça ayrılıb. Bu, astronavtların avqustun 27-də yerdən izlədikləri hadisə zamanı baş verib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə kosmik obyektlərin izlənməsi üzrə ixtisaslaşmış LeoLabs şirkətinin mütəxəssisləri deyiblər.
“Biz avqustun 27-də erkən saatlarda 630 km yüksəklikdə «Ресурс-01» (23342) peykindən parçalar qoparan hadisəni izlədik. Ondan sonra parçalanan xeyli hissəni nəzarətə götürərək izləyirik”, - şirkətin məlumatında deyilir. Bildirilir ki, peykin partlayış zamanı digər bir obyektlə toqquşmasına dair dəlil yoxdur.
«Ресурс-01» №3 aparatı Yer kürəsinin təbii ehtiyatlarını araşdırmaq üçün buraxılmışdı. Onun kütləsi 1907 kq-dır. LeoLabs-ın texniki direktoru Mayk Nikolz Forbes-a deyib ki, hal-hazırda Rusiya peykinin onlarla parçasını izləyirlər. Bunlar yüksək yerətrafı orbitdə digər aparatlar üçün təhlükə yaradır. Onun sözlərinə görə, qorxudan məsələ bundan ibarətdir ki, bu orbitlərdə həmin parçalar Beynəlxalq Kosmik Stansiya (BKS) və ya, məsələn, SpaceX şirkətinin Starlink rabitə peykləri ilə toqquşa bilər.