HADİSƏ

Çiy ət yeyən çinlinin beynindən qurd çıxarıblar

Həkimlər parazitin bədənə daxil olmasını çiy ekzotik ətin, məsələn, qurbağa və ya ilan ətinin yeyilməsi nəticəsində baş verdiyini düşünürlər.
Sputnik

BAKI, 29 avqust — Sputnik. 23 yaşlı çinli gəncin beynindən təxminən 13 santimetr uzunluğunda olan canlı qurd çıxarılıb. Sputnik Azərbaycan "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, parazit onun başında 17 il yaşayıb.

Gənc çinli altı yaşından bəri ətrafların keyiməsindən əziyyət çəkib. O, yalnız bədəninin sağ üst hissəsində hissiyatı itirdikdən sonra tibbi yardım üçün müraciət edib.

Həkimlər parazitin bədənə daxil olmasını çiy ekzotik ətin, məsələn, qurbağa və ya ilan ətinin yeyilməsi nəticəsində baş verdiyini düşünürlər.

Bir qədər əvvəl xəbər verilib ki, həkimlər on il ərzində baş ağrılarından əziyyət çəkmiş amerikalının beynindən böyük bir lent qurdunu çıxarıblar. Onun bacısında da belə bir qurd aşkar edilib. Ehtimal ki, onlar pis qızardılmış donuz ətini yeyərək birlikdə yoluxublar.