Uşaq bağçaları ilə bağlı metodik göstərişlər hazırlanır

Təlim-tərbiyə prosesi başladıqdan sonra uşaq bağçalarında bir otaqda çoxlu sayda uşağı yerləşmək mümkün olmayacaq.
Sputnik

BAKI, 29 avqust — Sputnik. "Uşaq bağçalarında da bir otaqda çox uşağın yerləşməsinin qarşısı alınacaq".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təşkil olunan brifinqdə deyib.

Onun sözlərinə görə, bununla bağlı olaraq metodik göstərişlər hazırlanır.