İki NATO ölkəsi arasında hərbi münaqişə reallığa çevrilir - Aralıq dənizində qarşıdurma

Türkiyə Şərqi Aralıq dənizində təbii qaz və neft axtarışlarını davam etdirir. Son günlərdə Yunanıstan və Avropa İttifaqı ölkələri gərginliyi artırarkən Türkiyədən yeni bir həmlə gəlib.
Sputnik

BAKI, 29 avqust — Sputnik. Bu gündən Türkiyə Şərqi Aralıq dənizində hərbi təlimlərə başlayır.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Türkiyənin dəniz qüvvələrinin hərbi təlimləri sentyabrın ayının 11-dək davam edəcək.

Türkiyə Şərqi Aralıq dənizində təbii qaz və neft axtarışlarını davam etdirir. Son günlərdə Yunanıstan və Avropa İttifaqı ölkələri gərginliyi artırarkən Türkiyədən yeni bir həmlə gəlib. Belə ki, Türkiyənin dəniz qüvvələri dənizdə bu gündən etibarən hərbi təlimlər keçirəcək.

Hacıyev: Ermənistan-ın Şərqi Aralıq dənizi ilə bağlı açıqlaması riyakarlığın son həddidir

Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri Aralıq dənizi səmasında Yunanıstan HHQ-yə aid altı "F-16" qırıcısını bölgədən uzaqlaşdırıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi dünən açıqlama yayıb.

"27 Avqust 2020-ci il tarixində Yunanistana məxsus 6 ədəd "F-16" təyyarəsi Krit adasından havaya qalxaraq, Kipr Respublikası istiqamətində uçub və Türkiyə tərəfindən beynəlxalq "NAVTEX" elan edilən bölgəyə yaxınlaşıb. "F-16" qırıcılarımız onların bu bölgəyə yaxınlaşmalarının qarşısını alıb və bölgəni tərk etməyə məcbur edib", - açıqlamada belə deyilib.

Müdafiə Nazirliyi əlavə edib ki, Türkiyə Silahlı Qüvvələri Şərqi Aralıq dənizində ölkənin hüquq və mənafeyini qorumaqda davam edəcək.