İQTİSADİYYAT

Tramp demokratları günahlandırdı: "Sizə görə Rusiyadan neft almaq məcburiyyətindəyik"

ABŞ 2019-cu ildə Rusiyadan orta hesabla gündə 515 min barrel neft alıb. 2019-cu ildə Rusiya neftinin və neft məhsullarının ABŞ-a ümumi ixracı 13,8 milyard dollar dəyərində qiymətləndirilib.
Sputnik

BAKI, 29 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp iddia edir ki, boru kəmərlərinin inşasına qarşı çıxan demokratlara görə ABŞ Rusiyadan neft almaq məcburiyyətindədir.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Nyu-Hempşirdə çıxış edən Tramp ölkə üzrə ən yüksək elektrik enerjisi qiymətlərinin ABŞ-ın şimal-şərqindəki Yeni İngiltərə regionunda olduğunu bildirib.

"ABŞ-da ən yüksək enerji qiymətləri Yeni İngiltərədədir. Bilirsinizmi niyə? Çünki Nyu-York Qubernatoru Demokrat Endryu Kuomo boru xəttinin Nyu-York ştatının yuxarı hissəsindən keçməsinə imkan vermir ki, bizim də neft və qazımız oraya çata bilsin", - Tramp bildirib.

"Enerjinizi harada satın aldığınızı bilirsinizmi? Rusiyadan. Bilmirdiniz? Sizin Rusiyadan çoxlu gəminiz var, çünki Nyu-Yorkun qubernatoru Kuomo boru kəmərinə imkan vermir", - Tramp davam edib.

ABŞ 2019-cu ildə Rusiyadan orta hesabla gündə 515 min barrel neft alıb. 2019-cu ildə Rusiya neftinin və neft məhsullarının ABŞ-a ümumi ixracı 13,8 milyard dollar dəyərində qiymətləndirilib.