BAKI, 29 avqust — Sputnik. "Bəzi sosial media şəbəkələrində müəyyən vəsiat hesabına vətəndaşların rayonlara getməsi ilə bağlı məlumat yayılıb. Bu faktlar hər bir halda aidiyyəti üzrə araşdırılacaq".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təşkil olunan brifinqdə deyib.
O bildirib ki, hər kəs ilk növbədə özü qaydalara əməl etməlidir.