BAKI, 29 avqust — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminə dəyişikliklərə dair qərar qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər kabinetinin yanında Operativ Qərargahın qərarına əsasən ölkə üzrə Xüsusi karantin rejiminin tətbiqi qaydalarında bəzi dəyişikliklər edilib.
Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci ilin sentyabrın 15-dək dayandırılıb.
Qərara əsasən, şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması 2020-ci ilin sentyabrın 30-dək tətbiq ediləcək.