Fərdi tədris və repetitor xidmətləri barədə də qərar verildi

Xüsusi karantin rejiminin qaydalarına riayət etməklə və 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilir.
Sputnik

BAKI, 29 avqust — Sputnik. Fərdi tədris və repetitor xidmətlərinin fəaliyyətinə icazə veriləcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib.

Qeyd edilib ki, avqustun 31-dən etibarən xüsusi karantin rejiminin qaydalarına riayət etməklə və 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilir.