BAKI, 29 avqust — Sputnik. "COVID-19-la 7 aydır ki, rastlaşmışıq və bilmirik ki, yoluxub sağalan şəxslərdə immunitet nə qədər olur".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təşkil olunan brifinqdə deyib.
O bildirib ki, müxtəlif ölkələrədn əldə olunan məlumatlara görə, immunitet 2-6 ay müddətində olur: "Qəribəsi budur ki, müxtəlif ölkələrdən əldə etdiyimiz məlumata görə, xəstəliyi yüngül keçirən ikinci etapda ağır, ağır keçirənlər isə ikinci etapda daha yüngül keçirirlər. Lakin hələlik bu xəsytəliyi keçirmək bizi növbəti dəfə yoluxma riskindən qorumadığından hər kəs maska taxmalıdır".