CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"İnsanlar sakitlik və dinclik istəyirlər" – Avtomobilsiz şəhər tikiləcək

Tikintinin başlanması 2021-ci ilə planlaşdırılır. Ümumilikdə iş təxminən üç il davam edəcək. 2024-cü ilə şəhərdə 900 mənzil tikiləcək.
Sputnik

BAKI, 29 avqust — Sputnik. Almaniyanın paytaxtı Berlinin cənubunda 16 hektar sahədə avtomobilsiz şəhər tikiləcək. Sputnik Azərbaycan "Welt" nəşrinə istinadən xəbər verir ki, şəhər "Buckower Felder" adlanacaq.

Şəhəri ekologiyanın bütün normalarına uyğun tikəcəklər, onun əsas xüsusiyyəti isə avtomobillərin yoxluğu olacaq. Ərazidə 40 çoxmənzilli ev tikiləcək, yaxınlıqda ağaclar əkiləcək, karbon qazı buraxılışı minimum olan istilik təchizatı sistemi qurulacaq. Sakinlər hərəkət üçün velosiped yollarından istifadə edə biləcəklər, maşınların saxlanması üçün isə şəhərin kənarında xüsusi qarajlar quraşdırılacaq. Əslində, bu layihə 1970-ci illərin tipik şəhər məhəllələrini xatırladır.

Bildirilir ki, tikintinin başlanması 2021-ci ilə planlaşdırılır. Ümumilikdə iş təxminən üç il davam edəcək. 2024-cü ilə şəhərdə 900 mənzil tikiləcək. Onların icarəsi hər kvadrat metrə 6,5-10 avroya başa gələcək. Mənzil şirkətlərindən birinin menecerinin sözlərinə görə, belə şəhərlərin tikintisi tamamilə doğrudur, çünki "bu gün insanlar sakitlik və dinclik istəyirlər".