"Atamla son olaraq martın 13-də görüşmüşəm" - Hikmət Hacıyev

"Təəssüf ki, indiki şəraitdə bu xəbəri çatdırma itidarında deyilik. Ümid edək ki, yaxın zamanlarda belə bir qərarı açıqlayacağıq".
Sputnik

BAKI, 29 avqust — Sputnik. "Atamla son olaraq martın 13-də övladımın ad günündə görüşmüşük. Atam Gəncədə yaşayır. Mən də istəyərdim ki, belə bir sevindirici xəbəri çatdırım. Təəssüf ki, indiki şəraitdə bu xəbəri çatdırma itidarında deyilik. Ümid edək ki, yaxın zamanlarda belə bir qərarı açıqlayacağıq".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təşkil olunan brifinqdə deyib.

H.Hacıyev deyib ki, Şirvan şəhərində xəstəxana lokallaşdırılıb, bütün şəhər qapadılmayıb. Bütün ölkə üzrə qapanmalardansa, müəyyən ərazilərdə qapanmaların olması təcrübəsi var və hazırda da bu təcrübənin effektivliyi öyrənilir: "Mexanizm olaraq bu təcrübə öyrədilir və araşdırılır".