Belarus vaksin sınağına başlayır – Hələlik Rusiya vaksininin

Məlumata əsasən, sınaqların sentyabrın əvvəlində başlaması planlaşdırılır. Belarusun vaksin istehsal etməsi imkanları da nəzərdən keçirilir.
Sputnik

BAKI, 28 avqust – Sputnik Belarus Rusiya istehsalı olan koronavirus vaksinlərinin sınaqdan keçirilməsi üçün razılaşma əldə edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Belarusun Səhiyyə Nazirliyi bildirib.

Məlumata əsasən, sınaqların sentyabrın əvvəlində başlaması planlaşdırılır.

Bundan başqa, Belarusun vaksin istehsal etməsi imkanları nəzərdən keçirilir.

Qeyd edək ki, Rusiya avqustun əvvəlində dünyada ilk dəfə koronavirus vaksinini qeyddiyyatdan keçirib.