BAKI, 28 avqust — Sputnik. Cəlilabad rayonunda zəlzələ olub. Sputnik Azərbaycan-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən məlumatına görə, saat 11:05-də Cəlilabad stansiyasından 8 km cənubda, Cəlilabad rayonunda zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3.5, dərinliyi 29 km olub. Yeraltı təkanlar episentrdə 3 bala qədər hiss edilib.