RUSİYA

"Rusiyaya siqnal". ABŞ gizli sualtı qayığını Norveç sahillərinə niyə göndərib?

Amerika mediası yazır ki, ABŞ "USS Seawolf" sualtı qayığını Norveç sahillərinə göndərməklə "Kremlə siqnal" verib. Amerikanist Vladimir Batyuk amerikalıların nəyi nümayiş etdirməyə çalışdığından danışıb.
Sputnik

BAKI, 28 avqust — Sputnik. ABŞ "USS Seawolf" gizli sualtı qayığının Norveçin Tromsö şəhərinin sahillərinə çatdığını elan edib və bununla da "Rusiyaya siqnal" göndərib. Bu barədə "The Drive" nəşri yazıb.

Dünyanın ən təhlükəli sualtı gəmilərinin adları məlum oldu

Nəşrin məlumatına görə, bu addım gizli sualtı qayıqların istifadə taktikasına xarakterik deyil. Məqalə müəllifləri ABŞ-ın bununla Rusiya hakimiyyətinə müəyyən siqnal göndərdiyini güman ediblər.

Bununla yanaşı, xarici analitiklər qeyd edirlər ki, Norveç şəhərinin seçimi təsadüfi deyil. Rusiyanın sualtı qayıqlarının məlum marşrutu Tromsö yaxınlığından keçir.

Bundan başqa, Tromsöyə Amerikanın nüvə silahı daşımağa qadir altı B-52H strateji bombardmançısı göndərilib. Müəlliflər Amerika hərbi komandanlığının bu addımını "birbaşa Moskvaya yönəlmiş siqnal" kimi qiymətləndirib.

Sputnik radiosunun efirində Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin baş elmi işçisi və rəhbəri Vladimir Batyuk məsələnin Arktika uğrunda mübarizə ilə bağlı olduğunu deyib. (https://radiosputnik.ria.ru/20200828/podlodka-1576417602.html)

"Böyük dövlətlər arasında Arktika uğrunda mübarizə gedir – qlobal istiləşmə üzündən Arktika buzlarının əriməsi baş verir və buna görə də Şimal Buzlu okeanın şelfindəki mineral ehtiyatlar daha da əlçatan olur. Bundan əlavə, dəniz yolları, o cümlədən Şimal dəniz yolu daha da əlçatan olur. Rusiya Federasiyasının dəniz strategiyasına uyğun olaraq bu yol Rusiyanın nəzarəti altında olmalıdır, lakin amerikalılar qəti şəkildə bunun əleyhinədirlər. Bundan başqa, burada aparıcı dövlətlərin təhlükəsizlik maraqları toqquşur. Bunu demək kifayətdir ki, qitələrarası ballistik raketlərin ən qısa uçuş yolu Arktikadan keçir. Bu strateji bombardmançılara da aiddir. Buna görə Arktikanın nə üçün vacib olduğu aydındır. Amerikalılar burada öz mövqelərini əldən vermədiklərinə diqqəti cəlb etməyə çalışırlar", – Batyuk hesab edir.

"Seawolf", "Connecticut", "Jimmy Carter" və eyni layihədən olan digər sualtı qayıqlar Amerika sualtı qüvvələrinin əsas dayağı olmaq üçün çoxməqsədli zərbə atom sualtı qayıqları kimi yaradılıb. Soyuq müharibənin bitməsindən sonra layihənin xərclərinin artması və büdcənin azalması ABŞ hərbi dəniz qüvvələrini bu tip sualtı qayıqların tikinti planından imtina etməyə məcbur edib. Üç sualtı qayığın təhvil verilməsindən sonra istehsal dayanıb. Hazırda "Seawolf" tipli sualtı qayıqlar xüsusi vəzifələri yerinə yetirmək üçün istifadə olunur.