BAKI, 28 avqust — Sputnik. Koronavirus pandemiyası dövründə bir çox insanların gizlin toy etməsi gündəmi alt-üst etdi. Sputnik Azərbaycan-ın məlumatına görə, bu dönəmlər xalq artisti Faiq Ağayevə də toyu idarə etmək təklif olunub. Lakin xalq artisti toya dəvət edilsə də, qoyulan qaydalara əməl edir: "Dedilər ki, "hər şey danışılıb, tapşırılıb, narahat olmayın, ancaq gəlin, toyumuzu siz idarə edin". Mən belə şeylər edə bilmərəm, o səbəbdən də imtina elədim".
Qeyd edək ki, koronavirus pandemiyasına görə, Nazirlər Kabineti ölkədə xüsusi karantin rejimi tətbiq edib. Qaydalara görə, toy, nişan və yas mərasimləri, 5 nəfərdən artıq insanın bir yerə toplaşması, kütləvi tədbirlərin keçirilməsi qadağandır.