MƏDƏNİYYƏT

Məşhur cizgi filminin yaradıcısı vəfat edib

Məlumat üçün bildirək ki, animator sənət fəaliyyətinə "Uolt Disney" prodakşınında başlayıb. Daha sonra "Hanna Barbera"da çalışan Rubi 1969-cu ildə "Skubi du" adlı cizgi serialını ərsəyə gətirib
Sputnik

BAKI, 28 avqust — Sputnik. Amerikanın məşhur cizgi filmi, "Skubi du" adlı it haqqında orijinal cizgi serialının yaradıcılarından biri, ssenarist və animator Co Klemens Rubi vəfat edib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bu barədə mərhumun nəvəsi Benjamin Rubi xəbər verib. Mərhumun nəvəsi Benjamin Rubi babasının ölənə qədər yaradıcılığını dayandırmadığını söyləyib. Co Klemens Rubi Kaliforniyada vəfat edib.

Məlumat üçün bildirək ki, animator sənət fəaliyyətinə "Uolt Disney" prodakşınında başlayıb. Daha sonra "Hanna Barbera"da çalışan Rubi 1969-cu ildə "Skubi du" adlı cizgi serialını ərsəyə gətirir. Müəllif sonralar cizgi serialının yalnız bir mövsüm üçün yayımlanacağına inanaraq, layihənin uzunmüddətli uğurlarına ümid etmədiyini etiraf edibmiş.