Koronavirusun çoxalmasının qarşısını alan vitamin varmış

Bu maddə infeksiyanı azaltmaq və xəstəxanada təcili yardım göstərmək üçün tibbi heyət, yaşlı adamlar, müşayiətedici xəstəliyi olan şəxslər qrupuna profilaktik vasitə kimi tövsiyə oluna bilər.
Sputnik

 

BAKI, 28 avqust — Sputnik. Hindistanın Manipal Ali Təhsil Akademiyası və Regional Biotexnologiyalar Mərkəzinin alimləri müəyyən ediblər ki, B12 vitamini koronavirusun çoxalmasının qarşısını ala bilər. Sputnik Azərbaycan bildirir ki, bu haqda araşdırma IUBMB Life jurnalında dərc olunub.

Məlum olub ki, B12-nin xüsusi buraxılış forması olan metilkobalamin virus hüceyrələrinin replikasiyasının qarşısını almağa qadirdir.

“Bu maddə infeksiyanı azaltmaq və xəstəxanada təcili yardım göstərmək üçün tibbi heyət, yaşlı adamlar, müşayiətedici xəstəliyi olan şəxslər qrupuna profilaktik vasitə kimi tövsiyə oluna bilər”, - məqalədə deyilir.

Bununla yanaşı, alimlər qeyd edirlər ki, COVID-19 xəstələrinin müalicə protokollarına dəyişiklik etmək üçün bir sıra əlavə tədqiqatlara ehtiyac var.