BAKI, 27 avqust — Sputnik. 27 avqust 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, hərracda tələb 64,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, 25 avqustda Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib və hərracda tələb 64,8 mln. ABŞ dolları təşkil etmişdi. Beləliklə, valyuta hərracında dollara tələb sabit qalıb.