Tarixdə bir ilk - Onun sərvəti 200 milyard dolları keçdi

İyulun 2-də milyarderin sərvəti 2018-ci il sentyabrın 4-də əldə edilmiş rekordu yeniləyib və 172 milyard dollar təşkil edib
Sputnik

BAKI, 27 avqust — Sputnik. Dünyanın ən varlı adamı, "Amazon" şirkətinin rəhbəri Ceff Bezos tarixdə sərvəti 200 milyard dolları ötən ilk milyarder olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Forbes" jurnalı milyarderlərin vəziyyətini izləyən "Forbes Real-Time" reytinqinə istinadən yazıb.

Bununla yanaşı, qeyd edilir ki, milyarder bu mövqedə möhkəmlənə bilməyib və reytinqin məlumatına görə, çərşənbə günü onun sərvəti 199,7 milyard dollar qiymətləndirilib. Buna baxmayaraq, hətta belə bir göstərici Bezos üçün yeni bir rekorddur. İyulun 2-də milyarderin sərvəti 2018-ci il sentyabrın 4-də əldə edilmiş rekordu yeniləyib və 172 milyard dollar təşkil edib.

"Amazon" dünyanın ən böyük onlayn pərakəndə satış şirkətlərindən biridir. Şirkət ABŞ, Kanada, Çin, Braziliya, Yaponiya və Avropa ölkələrində fəaliyyət göstərir. "Amazon.com" internet mağazası 1995-ci ilin iyulunda işə salınıb.