RUSİYA

"Hər şey normaldır". Putin COVID-19 peyvəndindən sonra qızının vəziyyətindən danışıb

Rusiya prezidentinin sözlərinə görə, vaksinin qəbulundan sonra qızında birinci gün 38,4, ikinci gün isə "37-dən bir az çox" temperatur olub.
Sputnik

BAKI, 27 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, qızı koronavirus peyvəndinin sınağından sonra özünü yaxşı hiss edir.

Sputnik Azərbaycanxəbər verir ki, Putin bunu "Rossiya 1" kanalına müsahibəsində bildirib.

"Bu gün bizim mütəxəssislər üçün tamamilə aydındır ki, bu vaksin davamlı immunitet yaradır. Qızımda olduğu kimi anticisimlər yaranır və onlar zərərsizdir. Tanrıya şükürlər olsun ki, qızım özünü yaxşı hiss edir", - Putin bildirib.

Onun sözlərinə görə, vaksinin qəbulundan sonra qızında birinci gün 38,4, ikinci gün isə "37-dən bir az çox" temperatur olub.

"21 gündən sonra ikinci peyvənddən sonra da temperaturun kiçik qalxması olub, amma hər şey normaldır", - prezident qeyd edib.