CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Özəl liseylər qərar verdi: Dərslər sentyabrın 1-dən başlayır

Liseylərin inzibati binasında tədris sisteminin nə zaman başlayacağı məsələsi Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərardan asılı olacaq
Sputnik

BAKI, 27 avqust – Sputnik. Azərbaycanda fəaliyyət göstərən bəzi özəl liseylərdə sentyabr ayının 1-dən dərslərə start verilir.

Deyəsən onlayn olacaq... Yeni dərs ili ilə əlaqədar evlərə internet çəkilməsinə başlanıldı

Sputnik Azərbaycan-ın “Report”a istinadla xəbərinə görə, bununla bağlı lisey rəhbərliyi təhsil ocağının işçi heyətinə məlumat verib.

Həmçinin valideynlərə dərslərin onlayn qaydada başlayacağı ilə bağlı bildiriş göndərilib.

Liseylərin inzibati binasında tədris sisteminin nə zaman başlayacağı məsələsinə gəlincə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərardan asılı olacaq.  

Xatırladaq ki, Qərargahın müvafiq qərarı ilə koronavirus pandemiyası səbəbindən Azərbaycanda martın 3-dən etibarən ölkədə tədris prosesi dayandırılıb və tətilə (iyunun 15-dək) dərslər onlayn qaydada keçirilirdi.

Ölkənin digər ümumtəhsil məktəblərinin tədris prosesinə sentyabrın 15-də başlayacağı gözlənilir. Dərslərin hansı qaydada keçiriləcəyi ilə bağlı hələlik yekun qərar verilməyib.